“Neftçi” darmadağın, Quqlemon siftə etdi
17.07.2009 - 10:21
“Neftçi” darmadağın, Quqlemon siftə etdi
“Neftçi” klubu Türkiyədə növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, flaqman “İzmit İsmətpaşa” stadionunun ehtiyat meydançasında “Kocaelispor”un əvəzedici heyəti ilə üz-üzə gəlib.

Baş məşqçi Böyükağa Ağayev meydana aşağıdakı heyəti buraxıb: Vladimir Miçoviç, Rail Məlikov (Ruslan Əmircanov), Suat Usta (Ruslan Abışov), Taavi Rahn, Dmitri Kruqlov, Elmar Baxşıyev (Nazar Bayramov), Leonard Naydin, Marian Aliuta (Joze Karlos), Adrian Neaqa, Rəşad Abdullayev, Valter Quqlemon.

İzmitli gənclər təcrübəli futbolçularımıza həm fiziki, həm də taktiki hazırlıq baxımından uduzub. Bu səbəbdən Quqlemon, Abdullayev və Neaqanın ilk yarıda vurduqları 3 qola ikinci hissədə daha üçü əlavə olundu. Abdullayev və Neaqanın qollarına bu dəfə Naydin qoşuldu. Meydan sahibləri yalnız bir topun əvəzini çıxa bildilər – 6:1.
0