Zaur Tağızadə yenə zədələndi
17.07.2009 - 10:35
Zaur Tağızadə yenə zədələndi
“Çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Xüsusilə də ikinci təlim-məşq toplanışında əsas üstünlük taktiki-texniki hazırlığa veriləcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Ağayev deyib.

“Kocaelispor”un əvəzedici komandası üzərində qazanılan 6:1 hesablı qələbədən sonra Ağayev xətlərarası əlaqələri yoxlamaq üçün bu oyunun vacibliyini bildirib. Onun sözlərinə görə, məqsədi çempionatın startınadək komandasının əsas heyətini müəyyənləşdirməkdir.

Qeyd edək ki, səhər məşqində kapitan Zaur Tağızadə belindən zədələndiyindən, kocaelilərlə oyunda meydana çıxmayıb. Artıq həkim müayinəsindən keçən Tağızadənin sağlamlığında ciddi problem olmadığı və bir həftə ərzində xüsusi proqramla çalışacağı bildirilib.
0