“Xəzər-Lənkəran” “İvan Qroznı” ilə gücləndi
17.07.2009 - 10:59
“Xəzər-Lənkəran” “İvan Qroznı” ilə gücləndi
“Xəzər Lənkəran” ötən mövsüm UEFA Çempionlar Liqasında sensasiyalar yaradan Belarus BATE-si futbolçusu İvan Pexa ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı slovakiyalı mərkəz müdafiəçisi ilə 1+1 şərtilə müqavilə təklifini qəbul edib.

Türkiyədəki təlim-məşq toplanışında məşqçilərin rəğbətini qazanan İvan döyüşkən xarakteri sayəsində oyundaşları tərəfindən “İvan Qroznı” təxəllüsünə layiq görülüb. Boyu 1.87 metr olan Pexa vaxtilə Slovakiyanın 18 və 21 yaşlı futbolçulardan ibarət milli komandasının formasını geyinib. 2005-ci ildən Bratislava (Slovakiya) “Slovan”ının şərəfini qoruyan müdafiəçi daha sonra “Senek” (Slovakiya), “Çahlaul” (Rumıniya) və BATE-nin formasını geyinib. Postsovet məkanının ən güclü klublarından olan Belarus təmsilçisi Pexanı heyətinə ötən mövsümün avqustunda qatmaqla Çempionlar Liqası öncəsi heyətini komplektləşdirmək məqsədi güdüb. Lakin “Yuventus”a qarşı sensasiyayla nəticələnmiş matçda (2:2) 90 dəqiqə forma geymiş futbolçu tezliklə zədələndiyinə görə, BATE-dən ayrı düşməli olub.
0