“Real” Kakaya da 1 milyard avro qiymət qoydu
17.07.2009 - 11:23
“Real” Kakaya da 1 milyard avro qiymət qoydu
Madrid “Real”ı Kakaya 1 milyard avro qiymət qoyub. Apasport.az saytının məlumatına görə, “Kral klubu” ötən ay “Milan”dan transfer etdiyi 27 yaşlı braziliyalı yarımmüdafiəçini bu məbləğdən aşağı satmaq fikrində deyil. Kakanın keçidi “Real”a 63 milyon avroya başa gəlib.

Qeyd edək ki, madridlilər digər yeni transferi Kriştianu Ronaldonu da 1 milyard avroya buraxa bilər. “Mançester Yunayted”dən 93,4 milyon avroya alınan 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi dünyanın ən bahalı futbolçusu oldu.
0