Çempionlar Liqasının qalibi Azərbaycana “yox” dedi
17.07.2009 - 11:38
Çempionlar Liqasının qalibi Azərbaycana “yox” dedi
Çempionlar Liqası və UEFA Superkubokunun qalibi Andrey Demçenko karyerasını Azərbaycanda davam etdirmək istəməyib. Apasport.az saytının məlumatına görə, Rusiya yığmasının sabiq hücumçusu “Daçiya”ya keçib. Bir müddət öncə ölkəmizə gəlmək variantı olan və adı Zaqatalanın “Simurq” klubu ətrafında hallanan 32 yaşlı futbolçu Moldova təmsilçisi ilə artıq rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, Andrey 1995-ci ildə “Ayaks”ın heyətində Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.
0