56 metr hündürlükdə uşaq əyləncəsi - FOTOSESSİYA
17.07.2009 - 12:32
56 metr hündürlükdə uşaq əyləncəsi - FOTOSESSİYA
Almaniyada təlim-məşq toplanışı keçən “Fənərbaxça” klubunun futbolçuları uşaqlıq illərinə qayıdıblar. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kristof Daum dünən axşam məşqini təxirə saldığından, “sarı-lacivərdlilər” “Skyline Park”a yollanıblar.

Futbolçular burada 2 saat əyləniblər. Onların arasında ən fəalı isə braziliyalı Aleks de Souza olub. O, dünyanın ən hündür karuseli olan “Sky Whell”də (“Səma təkəri”) 3 dəfə fırlanıb. Bu karusel 56 metr hündürlüyə malikdir.

Aleks, həmçinin parkın ən təhlükəli karuseli “Sky Circle”dən (“Səma dairəsi”) də yararlanan yenə “Fənərbaxça”lı olub.
0