Partlayış “Mançester Yunayted”in planlarını pozdu
17.07.2009 - 13:00
Partlayış “Mançester Yunayted”in planlarını pozdu
Bu gün İndoneziyada baş verən partlayış “Mançester Yunayted” klubunun planlarını pozub. Apasport.az saytının məlumatına görə, Asiya ölkələrinə səfər çıxan Aleks Ferqyusonun komandası iyulun 20-də İndoneziyada yoldaşlıq görüşü keçirməyi planlaşdırırmış. Ancaq paytaxt Cakartada güclü partlayış olduğundan səfər təxirə salınıb. “Mançester Yunayted” Cakartada “Ritz-Cartlon” otelində qalmalı imiş ki, partlayış bu məkanın yaxınlığında olub. Nəticədə 9 nəfər həyatını itirib, 50-si isə yaralanıb.

Qeyd edək ki, “Mançester Yunayted” 15 saatlıq yol qət edərək bu gün Malayziyaya gəlib və iyulun 18-də bu ölkədə yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda Asiyada daha iki görüş keçirəcək.
0