Zlatan İbrahimoviç “Barselona”da!
17.07.2009 - 13:08
Zlatan İbrahimoviç  “Barselona”da!
“Barselona” mövsümlərarası fasilədə ən yaxşı transferini gerçəkləşdirib. Apasport.az saytının İtaliyanın “La Gazetta dello Sport” qəzetinə istinadən məlumatına görə, kataloniyalılar İsveç yığmasının və “İnter”in hücumçusu Zlatan İbrahimoviçlə anlaşıblar.

Bununla bağlı, “Barselona” və “İnter” prezidentləri görüşərək, razılığa gəliblər. Anlaşmaya əsasən, İspaniya klubu İbrahimoviçin müqabilində qarşı tərəfə 35 milyon avro pul, Samuel Eto’O və Aleksandr Qlebi verəcək.

“İbrakadabra” ləqəbli 28 yaşlı isveçlinin transferi xəbərini “Katalunya Radio” və “TV3 Katalunya” da təsdiqləyib. Bildirilir ki, öncə “İnter”in baş məşqçisi Joze Maurinyo Zalatanın komandadan ayrılmasına razılıq verməyib. Lakin sonradan Samuel Eto’Onun “İnter”ə gəlişini eşidən portuqaliyalı mütəxəssis transferə qarşı çıxmayıb.
0