“Bakı”nın da rəqibi bilindi, “Sivasspor”un da - ONLAYN
17.07.2009 - 14:22
“Bakı”nın da rəqibi bilindi, “Sivasspor”un da -  ONLAYN
Az öncə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə Azərbaycan çempionu “Bakı” klubunun da rəqibi bəlli olub.

Düzdür, paytaxtın eyniadlı komandasının üçüncü mərhələyə çıxacağı hələ dəqiqləşməyib. Ancaq hər halda, “Bakı” “Ekranas”la Litvadakı ilk oyundan sərfəli nəticə (2:2) ilə qayıdıb və mərhələ keçmək şansını artırıb.

Üçüncü təsnifat mərhələsində, həmçinin azərbaycanlı futbolçu İlqar Qurbanovun şərəfini qoruduğu “Sivasspor”un da rəqibi müəyyənləşib.


Çempionlar Liqası, üçüncü təsnifat mərhələsi

“Zalsburq” (Avstriya)/“Bohemians” (Çexiya) cütünün qalibi – “Pünik”(Ermənistan)/“Dinamo” (Zaqreb, Xorvatiya)
“Jrinski” (Bosniya və Hersoqovina)/ “Slovan” (Slovakiya) cütünün qalibi – “Olimpiakos” (Yunanıstan)
“Sürix” (İsveçrə) - “VİT-Corciya” (Gürcüstan)/“Maribor” cütünün qalibi
“Ekranas” (Litva)/ “Bakı” (Azərbaycan) cütünün qalibi – “Levski” (Bolqarıstan)/“Sent Culia” (Andorra) cütünün qalibi
“Streymur” (Farer adaları)/APOEL (Kipr) cütünün qalibi – “Ril” (Uels)/ “Partizan” (Serbiya) cütünün qalibi
“İnter” (Finlandiya)/“Şerif” (Moldova) cütünün qalibi - “Slaviya” (Çexiya)
“Hafnarfyordur” (İslandiya)/“Aktobe” (Qazaxıstan) cütünün qalibi - “Makkabi” (Hayfa, İsrail)/ “Qlentoran” (Şimali İrlandiya) cütünün qalibi
“Ventspils” (Latviya)/“Düdelanj” (Lüksemburq) cütünün qaıibi - “Makedoniya” (Makedoniya)/BATE (Belarus) cütünün qalibi
“Visla” (Polşa)/“Levadiya” (Estoniya) cütünün qalibi
– “Debretsen” (Macarıstan)/ “Kalmar” (İsveç) cütünün qalibi
“Kopenhagen” (Danimarka)/ Morgen (Çernoqoriya) cütünün qalibi
- “Tirana” (Albaniya)/ “Stabek” (Norveç) cütünün qalibi
“Sparta” (Çexiya) – “Panatinaikos” (Yunaıstan)
“Şaxtyor” (Ukrayna) – “Timişoara” (Rumıniya)
“Sportinq” (Portuqaliya) – “Tvente” (Hollandiya)
“Seltik” (Şotlandiya) – “Dinamo” (Moskva, Rusiya)
“Anderlext” (Belçika) – “Sivasspor” (Türkiyə)

Qeyd: üçüncü təsnifat mərhələsinin ilk oyunları 28-29 iyul, cavab görüşləri isə 4-5 avqustda keçiriləcək.
0