Milli komandamız heç-heçə oynadı
17.07.2009 - 15:43
Milli komandamız heç-heçə oynadı
Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası Litvanın Şaulyay şəhərində təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən verdiyi məlumata görə, yığmamız Litva komandası ilə görüşüb. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, Şamil Heydərovun yetirmələri turnir çərçivəsində əvvəlki iki oyunda fərqli nəticə göstərmişdilər. Litva U-19-nu 8:0 hesabı ilə məğlub edən milli komandamız “Gintra Universitetas” klubuna uduzmuşdu - 0:2.
0