Emil Velev: Nə “Bakı”nı tanıyıram, nə də “Ekranas”ı
17.07.2009 - 16:36
Emil Velev: Nə “Bakı”nı tanıyıram, nə də “Ekranas”ı
“Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində tanış olmayan cütlə düşmüşük. Nə Litvanın “Ekranas”, nə də Azərbaycanın “Bakı” komandası mənə tanışdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Emil Velev deyib.

47 yaşlı mütəxəssis püşkatmanın nəticəsini şərh edərkən, razı qaldığı məqamdan danışıb. Belə ki, püşkə əsasən “Bakı” “Ekranas”ı keçərsə, ilk oyunu iyulun 28, yaxud 29-da evdə keçirəcək: “İlk oyunu səfərdə keçirməyimiz bizim üçün yaxşıdır. Püşk o vaxt yaxşıdır ki, düşdüyün rəqibi keçəsən”.

“Levski”nin idman direktoru Daniel Borimirov isə püşkün nəticəsindən razı qalıb: “Bizim üçün münasib rəqiblər düşüb. Gələcək rəqibimizə ciddi yanaşaraq, onun haqda çoxlu məlumat əldə edəcəyik. Fikrimcə, çox şey bizim üçün yaxşı olacaq”.

Üçüncü təsnifat mərhələsində cavab görüşlərinin avqustun 4-də və 5-də keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ilk oyunda Andorranın “Sent-Culiya” klubunu 4:0 hesabı ilə məğlub edən “Levski”nin üçüncü təsnifat mərhələsinə çıxmaq vəzifəsini demək olar yerinə yetirib.
0