MOİK “Olimpik-Şüvəlan”la qarşılaşacaq
17.07.2009 - 18:01
MOİK “Olimpik-Şüvəlan”la qarşılaşacaq
Mərkəzi Ordu İdman Klubunun (MOİK) yoxlama matçı keçirəcəyi növbəti rəqib müəyyənləşib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv iyulun 19-da Premyer Liqa təmsilçisi “Olimpik-Şüvəlan”la görüşəcək.

“Şəfa” stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq. “Olimpik-Şüvəlan”la oyundan sonra MOİK 2009/10 mövsümünə hazırlığın birinci mərhələsinə yekun vuracaq.

Qeyd edək ki, ordu klubu birinci hazırlıq mərhələsinə iyunun 22-də başlayıb və arxada qalan müddətdə 5 yoxlama matçının heç birində uduzmayıb.
0