Moskva “Spartak”ının daha bir futbolçusu “İnter”də!
17.07.2009 - 18:17
Moskva “Spartak”ının daha bir futbolçusu “İnter”də!
Bakının “İnter” klubu baxışa iki legioner çağırıb. Bu haqda apasport.az saytına komandanın prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, braziliyalı müdafiəçi Marselo Labertini ilə gürcü yarımmüdafiəçi Kaxaber Mjavanadzeni heyətinə cəlb ediblər.

“Onların hər ikisi artıq Bakıdadır. Sabah Bolqarıstana təlim-məşq toplanışına yollanacağıq. Həmin legionerlər də bizimlə olacaq. Düzdü, onları artıq yeni futbolçularımız saymaq olmaz, çünki baxışa gəliblər” – deyə Nikolov bildirib.

Qeyd edək ki, Mjavanadze tanınan futbolçudur. Gürcüstan yığmasının da formasını geyinən 31 yaşlı futbolçu son illərdə Odessanın “Çernomorets” klubunda oynayıb. O, Rusiyada Moskvanın “Spartak”, “Anji” komandalarının şərəfini də qoruyub. “İnter”in gürcüstanlı yeni baş məşqçisi Kaxaber Sxadadze arxa xətdəki problemləri yoluna qoymaq üçün həmyerlisinə güvənir. O, bunadək “Spartak”da çıxış etmiş digər həmyerlisi - qapıçı Georgi Lomayanı heyətə cəlb edib.
0