Yığmamız Almaniyanı məğlub etdi
17.07.2009 - 18:34
Yığmamız Almaniyanı məğlub etdi
Çimərlik futbol üzrə Azərbaycan milli komandası İngiltərənin Maynhid şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, B qrupunda yarışan yığmamız Almaniya ilə üz-üzə gəlib. Emil Cabbarovun yetirmələrinin debütü uğurlu alınıb. Milli komandamız almanları 6:4 (2:1, 1:0, 3:3) hesabı ilə məğlub edib. Futbolçularımız iyulun 19-da İngiltərəyə qarşı mübarizə aparacaqlar.
0