“Yaxşı olar ki, Nikolov “Qarabağ” klubundan ibrət götürsün”
17.07.2009 - 23:57
“Yaxşı olar ki, Nikolov “Qarabağ” klubundan ibrət götürsün”
“Georgi Nikolov bolqarıstanlıdır və istəyər ki, “Levski” “Bakı”nı keçsin”. Bu sözləri apasport.az saytına açıqlamasıda “Bakı” klubunun sabiq vitse-prezidenti Nail Əliyev deyib.

Əliyevin sözlərinə görə, “İnter” klubunun prezidenti olan Nikolov “Qarabağ”dan ibrət götürsə yaxşı olar: “O, bolqardır, istəyər ki, "Levski" mərhələ keçsin. Ancaq mən "Bakı"nın mərhələ keçməsini arzu edirəm və istəyirəm. "İnter"in bolqar legioneri Petr Zlatinov da bir dəfə demişdi ki, Mahmud Qurbanov 10-cu dəfə Azərbaycan çempionu ola bilməyəcək. Nə oldu? Mahmud "Bakı" ilə bu uğuru qazandı. Nikolov "Bakı"nın şanslarını dəyərləndirməkdənsə, gedib "Qarabağ"dan ibrət götürsün. "Qarabağ" Norveçdə "Rusenborq" kimi güclü komanda ilə qolsuz heç-heçə elədi. Bu münasibətlə onları təbrik edirəm. Bakıda uduzsa belə, "Qarabağ" artıq öz sözünü dedi”.

Qeyd edək ki, Nikolov apasport.az saytına bildirib ki, “Levski” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” ilə qarşılaşsa, qələbə qazanacaq.
0