Türkiyə - Ermənistan görüşü harada keçiriləcək?
18.07.2009 - 10:52
Türkiyə - Ermənistan görüşü harada keçiriləcək?
Türkiyə yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanla ev oyununu keçirəcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası oktyabrın 14-ə təyin edilən həmin görüşün Bursa şəhərində Atatürk stadionuna baş tutacağını bəyan edib. Bu, cari seçmə mərhələdə son oyun olacaq. Türkiyə - Ermənistan görüşünün başlanma saatı və biletlərin məbləği haqda sonradan məlumat veriləcək.

Qeyd edək ki, qardaş ölkənin milli komandası erməniləri ötən ilin sentyabrın 6-da ilk rəsmi oyunda İrəvanda 2:0 hesabı ilə məğlub edib.
0