“Simurq” Camal Məmmədovu geri qaytardı
18.07.2009 - 11:57
“Simurq” Camal Məmmədovu geri qaytardı
Ötən mövsüm Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olan Zaqatalanın “Simurq” klubu Camal Məmmədovla yenidən anlaşıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Avroliqa oyunları öncəsi ilkin razılıq verdiyi komandaya qayıtmalı olub. “Simurq” ötən mövsümü "Standard"da keçirən Camalla müxtəlif məsələlərdə ortaq məxrəcə gəlinmədiyi üçün hələ mayın sonunda bu transferin baş tutmadığını bəyan etmişdi. Belə olan halda, “Standard”a dönən Məmmədov yenidən Bakı-Zaqatala marşrutunu seçib. Avroliqa oyunları zamanı gürcülər Qriqol Dolidze və Mixail Maxviladze, habelə moldovalı Aleksandr Popoviçlə yollarını ayıran ”Simurq” heyətdəki boşluqları aradan qaldırmağa məcburdur və Camalla budəfəki danışıqlar müsbət yekunlaşıb. Onunla bir illik müddətə müqavilə bağlanıb.
0