Rəşad Sadıqovun yolunu gözləyən var
18.07.2009 - 12:38
Rəşad Sadıqovun yolunu gözləyən var
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov iyulun 25-də İstanbula yollanacaq. Apasport.az saytının İzmit mətbuatına istinadən xəbərinə görə, 27 yaşlı müdafiəçi həmin gün qonşu ölkədə türk klublarından gələn təklifləri dəyərləndirəcək.

Hazırda “Qarabağ”ın heyətində olan Sadıqov Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Norveçin “Rusenborq” klubu ilə oyunlarda Ağdam təmsilçisinə yardımçı olmağa razılıq verib. İzmirli həmkarlarımız “Rusenborq”la səfər matçında 90 dəqiqə meydanda olan Rəşadın sözün əsl mənasında yaxşı oynadığını qeyd edib. Qolsuz heç-heçə nəticələnən həmin görüşdə çıxışı yüksək qiymətləndirilən Sadıqovun müdafiədə səhvsiz oynaması ön plana çəkilib. Elə türkiyəlilər də səfərdə bu nəticədən sonra “Qarabağ”ın mərhələ adlamaq şansının yüksək olduğunu, Rəşadın iyulun 23-də Bakıda keçiriləcək cavab görüşündə də oynayacağını bildirirlər.

İzmiti təmsil edən “Kocaelispor” klubu ötən qış “Neftçi”dən transfer etdiyi Sadıqovu qaytarmağa israrlı olduğunu bir daha bəyan edib. Türkiyənin Bank Asiya birinci liqasına düşən klubun rəhbərliyi futbolçumuzu yeni müqavilə bağlı istədiyi şərtləri yerinə yetirməyə çalışacağını söyləyib.
0