MOİK-in ilk məğlubiyyəti
19.07.2009 - 21:07
MOİK-in ilk məğlubiyyəti
Bu gün Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbol komandası 2009/10 mövsümünə hazırlığın birinci mərhələsini başa vurub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “hərbçilər” birinci mərhələni yoxlama matçı ilə yekunlaşdırıb.

Ramil Əliyevin komandası Premyer Liqa təmsilçisi “Olimpik-Şüvəlan” klubu ilə qarşılaşıb. “Şəfa” stadionunda keçirilən oyunda MOİK məğlubiyyətlə üzləşib - 0:6. Bu, hazırlıq prosesi çərçivəsində komandanın ilk uğursuzluğu kimi yadda qalıb.

Ordu klubu ikinci hazırlıq mərhələsinə iyulun 21-də start verəcək. İki həftə davam edəcək hazırlıq prosesi zamanı 2 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.
0