Valdas İvanauskas Azərbaycanda çalışacaq!
19.07.2009 - 23:00
Valdas İvanauskas Azərbaycanda çalışacaq!
Sumqayıtın “Standard” klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi 42 yaşlı litvalı mütəxəssis Valdas İvanauskasla 1 illik müqavilə bağlayıb.

İvanauskas keçmiş SSRİ-nin ən tanınmış futbolçularından olub. Futbolçu karyerası ərzində Litvanın "Jalqris" (1984, 1986-89, 1990, Rusiyanın MOİK (1985-89), "Lokomotiv" (1990), Avstriyanın "Austrya" (Vyana) (1990-93), "Austrya" (Zallstburq) (1997-99) Almaniyanın "Hamburq" (1993-97), "Vilhemsafen" (1999-2001), "Kloppenburq" (2001-2002) klublarında oynayıb.

Bundan başqa, SSRİ-nin və Litvanın milli komandalarının da şərəfini qoruyub. Baş məşqçi kimi ilk dəfə 1999-cu ildə Litvanın "Vetra" klubunu çalışdırıb. 2004-05-ci ildə isə "Kaunas"ın baş məşqçisi olub. 2006-cı ildə Şotlandiyanın məşhur "Harts" klubuna rəhbərlik edib. Futbolçu kimi SSRİ çempionatının bürünc (1987), Avstriya çempionatının qızıl (1991, 1992, 1993), Avstriya kubokunun qalibi (1992, 1993), SSRİ millisinin heyətində gənclər arasında Avropa çempionatının gümüş (1984) medallarını qazanıb.

SSRİ-nin ən güclü 33 futbolçusu siyahısına düşüb (1989) və Litvanın son 50 ildə yetişdirdiyi ən güclü futbolçusu adına layiq görülüb (2003). "Jalqris"in heyətində 107 oyuna 34, MOİK-in heyətində 32 oyuna 2, "Lokomotiv"in heyətində 16 oyuna 7, "Austriya"nin (Vyana) heyətində 78 oyuna 28, "Austrya" (Zalsburq) heyətində 36 oyuna 7, "Vilhemsafen"ın heyətində 50 oyuna 16 qola imza atıb.
0