“Neftçi” “Ərciyəsspor”u darmadağın edib Bakıya qayıdır
19.07.2009 - 23:05
“Neftçi” “Ərciyəsspor”u darmadağın edib Bakıya qayıdır
İzmit şəhərində təlim-məşq toplanışında olan “Neftçi” daha bir yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, flaqman Türkiyənin “Ərciyəsspor” klubuna 3:0 hesabı ilə qalib gəlib.

İlk yarı “Neftçi”nin tam üstünlüyü ilə keçib. Təsadüfi deyil ki, futbolçularımız 45 dəqiqə ərzində üç dəfə rəqib qapıçını məyus ediblər. Dmitri Kruqlov, Valentin Atem və Março Dafçev hərəyə bir qol vurub. Fasilədən sonra isə hesab dəyişməyib.

“Neftçi” bu gün Türkiyədəki təlim-məşq toplanışının ilk hissəsini başa vuraraq, gecə saatlarında vətənə dönəcək. Bundan sonra üçgünlük istirahətə buraxılacaq komanda üzvləri bu ayın 24-də Türkiyədəki təlim-məşq toplanışının ikinci mərhələsinə başlayacaqlar.
0