Sadıqov “Qarabağ”dan ayrılıb köhnə komandasına keçdi
19.07.2009 - 23:02
Sadıqov “Qarabağ”dan ayrılıb köhnə komandasına keçdi
“Turan” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, uzun müddət Tovuz təmsilçisinin qapıçısı və hətta hücumçusu olmuş Nizami Sadıqov bundan sonra qərb təmsilçisinin sükanı arxasında çalışacaq.

Nizami Sadıqovun son iş yeri “Qarabağ” olub. O, bu komandada qapıçılarla işləyən məşqçi vəzifəsini icra edirdi. Vaxtilə “Neftçi” klubunda da çalışıb. Bir müddət “Turan”da baş məşqçi, türkiyəli Naci Şensoyun vaxtında isə məşqçi postunu tutub.
0