Azərbaycanın iki futbolçusu İngiltərədə tarix yazdı - FOTO
20.07.2009 - 18:14
Azərbaycanın iki futbolçusu İngiltərədə tarix yazdı - FOTO
İngiltərənin Maynhid şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Azərbaycan yığmasının iki üzvü tarixi uğura imza atıb. Apasport.az saytının məlumatına görə, birdən-birə 2 azərbaycanlı futbolçu turnirin “ən yaxşısı” nominasiyasında qalib seçilib.

Belə ki, Müslüm Hüseynov B qrupunun ən yaxşı oyunçusu, Emin Kürdov isə ən yaxşı qapıçısı adına layiq görülüb. A qrupunda bu nominasiyaların qalibi Joze Mariya və Bruno Alveş (hər ikisi Portuqaliya) olub.

Xatırladaq ki, milli komandamız İngiltərədəki yarışda qrupda birinci yeri tutaraq, Avropa çempionatının final mərhələsində iştirak hüququna yiyələnib. Emil Cabbarovun yetirmələri Almaniyanı 6:4, İngiltərəni isə 4:3 hesabı ilə məğlub edib. Qitə birinciliyinin final mərhələsi gələn ayın 20-dən 23-dək Portuqaliyada keçiriləcək.
0