“Bakı” “Ekranas”ı dayandıracaq!
20.07.2009 - 18:29
“Bakı” “Ekranas”ı dayandıracaq!
Sumqayıtın “Standard” klubunun yeni baş məşqçisi Valdas İvanauskas sabah Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Bakı” (Azərbaycan) – “Ekranas” (Litva) oyunu ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı litvalı mütəxəssis həmyerlilərini ÇL-nin üçüncü təsnifat mərhələsində görmür. İvanauskas bu cütdə “Ekranas”a nə qədər azarkeşlik etsə belə, hər şeyə peşəkar gözü ilə baxmağı lazım bilir: “Ekranas”la “Bakı” arasında Litvada keçirilən ilk oyunu izləmişəm. Onu deyə bilərəm ki, komandanız həmin görüşdə yaxşı təsir bağışladı. Oyununu bəyəndiyim “Bakı”nın mərhələ adlayacağını düşünürəm”.
0