“Olimpik-Şüvəlan”ın futbolçusu Polşada dubl etdi
20.07.2009 - 21:57
Polşada tələbə futbolçular arasında Avropa çempionatının oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası az öncə başa çatan görüşdə Portuqaliyaya qalib gəlib. Komandamız erkən qol buraxsa da, əzmkarlıq göstərərək meydanı üç xalla tərk edib – 2:1. Hər iki qolun müəllifi “Olimpik-Şüvəlan”ın futbolçusu Əhməd Səmədov olub. Təmsilçimizin qrupdakı digər rəqibləri İspaniya və Türkiyədir.
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0