Naci Şensoyun komandası “İnter”ə qarşı
20.07.2009 - 23:11
Naci Şensoyun komandası “İnter”ə qarşı
Bolqarıstanda təlim-məşq toplanışında olan Bakının “İnter” klubunun ilk yoxlama matçının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “bankirlər” ilk sınaq oyununu güclülər dəstəsində mübarizə aparan "Pirin"(Blaqoyevqrad) komandasına qarşı keçirəcək. Bu qarşılaşma sabah Bakı vaxtı ilə saat 20:00-da Bansko şəhərində baş tutacaq.

Bolqarıstanın ən güclü klublarından olan MOİK-lə yoldaşlıq görüşü iyulun 23-də Sofiyada keçiriləcək. “İnter” bundan 2 gün sonra "Sportist", iyulun 29-da "Vixren", avqustun 2-də "Slaviya"(Sofiya) ilə qarşılaşacaq. Komanda avqustun 4-də də meydana çıxmağı planlaşdırsa da, hələlik rəqib məlum deyil.

Qeyd edək ki, “Pirin” klubunu “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy çalışdırır.
0