Nadir Nəbiyevlə Junivan Suares “Turan”a qayıtdı
20.07.2009 - 23:21
Nadir Nəbiyevlə Junivan Suares “Turan”a qayıtdı
Bir müddət əvvəl “Olimpik-Şüvəlan”ın şərəfini qorumağa razılıq verən Nadir Nəbiyev fikrindən daşınıb. Apasport.az saytının məlumatına görə, yığma komandamızın sabiq üzvü yenidən “Turan”a qayıdıb.

Bəli, "Olimpik-Şüvəlan"la razılığa gəlmişdim. Amma həmin müqavilə rəsmi qaydada notariusdan keçməmişdi. Ona görə yenidən "Turan"a qayıtmağımda problem olmadı" – deyə Nəbiyev bildirib.

Nadirlə yanaşı, Tovuz təmsilçisinə yeni legionerlər də dəvət olunub. Bundan əlavə, vaxtilə “Turan”da oynayan Junivan Suares artıq komandanın düşərgəsinə qatılıb. Moldovadan 2 legioner baxışdadır. Ukrayna, Gürcüstan və Rusiyadan da 7-8 oyunçu yoxlanışa gəlməlidir.
0