Nihat Kahveçinin komandası 1 oyunda 27 qol vurdu
21.07.2009 - 10:07
Nihat Kahveçinin komandası 1 oyunda 27 qol vurdu
İspaniyanın “Vilyarreal” klubu bir oyunda 27 qol vurub. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının hücumçusu Nihat Kahveçinin şərəfini qoruduğu komanda yoldaşlıq görüşündə regional liqada çıxış edən “Navata”nın qapısına 27 dəfə yol tapıb. “Vilyarreal”ın hücumçusu Xonatan Pereyra hesabına 7 qol yazıb. Xose Loryente ilə Marko Ruben hərəyə 4 dəfə fərqlənib, tanınmış fransalı futbolçu Rober Pires isə dubl edib. Maraqlısı odur ki, komandanın baş məşqçisi Ernesto Valverdo da bu oyunda çıxış edib. O, öz komandasının hər hissədə müxtəlif heyətində meydana çıxıb.
Qeyd edək ki, hazırda vətənində olan Nihat hərbi xidmət keçir.
0