Aqris Bandolis yığmamızı təriflədi
21.07.2009 - 10:39
“Oyunumuzdan qətiyyən razı qalmadım”. Apasport.az saytının məlumatına görə, bunu Latviyanın qadınlardan ibarət futbol yığmasının baş məşqçisi Aqris Bandolis deyib.
O, Riqada Azərbaycan milli komandasına 0:8 hesabı ilə məğlub olduqdan sonra AFFA-nın saytına açıqlama verib: “Futbolçularımız sanki birinci dəfə idi ki, meydana çıxmışdı. Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi və qələbə qazandı”.
Millimizin baş məşqçisi Şamil Heydərov da oyunla bağlı fikirlərini açıqlayıb: “Sözsüz ki, nəticədən razıyam. Rəqib bacardığı qədər müqavimət göstərə bildi. Futbolçularımız topa daha yaxşı nəzarət etməklə bərabər, yaradılan qol imkanlarından da maksimum istifadə etdilər”.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0