Feliks Felipe Almeyda nə istəyir?
21.07.2009 - 11:11
Feliks Felipe Almeyda nə istəyir?
“Bakı”nın yeni transferi Feliks Felipe Almeyda azarkeşləri Litvanın “Ekranas” klubu ilə cavab görüşünə çağırıb. Apasport.az saytının məlumatına görə, Nalçik “Spartak”ından yarım illik icarəyə götürülən ucaboylu braziliyalı hücumçu Litva mətbuatına açıqlamasında azarkeşlərin 30 minlik Tofiq Bəhramov adına Respublika stadionunu dolduracağına ümid etdiyini bildirib. Bakıda ilk dəfə bu gün meydana çıxacaq Feliksin yeni klubunda debütü uğurlu olub. Belə ki, o, “Ekranas”la səfər oyununda inamlı oyun göstərərək, vurduğu qolla hesabı bərabərləşdirdi. Felipe 2:2 hesablı nəticədən sonra komandasının mərhələ keçmək şansını daha yüksək qiymətləndirib: “Bu dəfə biz meydan sahibi olacağıq. Buna görə də stadionun tam dolu olmasını görmək bizi sevindirəcək. Səfərdə yaxşı nəticə əldə etdiyimizdən üçüncü təsnifat mərhələsinə çıxmaq üçün yaxşı şansımız var”.
0