Valdas Urbonas: “Bakı”nın zəif yerləri var...
21.07.2009 - 11:28
Litvanın “Ekranas” klubunun baş məşqçisi Valdas Urbonas Çempionlar Liqasında “Bakı”nı keçəcəklərinə əmindir. Apasport.az saytının məlumatına görə, Panevejis təmsilçisi evdə keçirilən ilk görüşdə 2:2 hesablı heç-heçə nəticəsində mərhələ adlamaq şansını xeyli azaldıb. Ancaq buna baxmayaraq, Urbonas cavab görüşü öncəsi nikbinliyini qoruyur. Üstəlik, litvalı mütəxəssis evdə qələbə ilə qayıdacaqlarına söz verib: “İlk oyunun videoyazısını izləyib, təhlil işi apardıq. Rəqibin zəif tərəfləri var və bunu axtarıb tapmışıq. Əgər biz bundan istifadə edə bilsək, hücumçularımız uğurla oynasa, məqsədimizə çatacağıq. Qələbə ilə qayıdacağımıza vəd edirəm”.
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0