“10 legioneri olsa da, “Bakı”nı necə cəzalandırmağı bilirik”
21.07.2009 - 11:49
“10 legioneri olsa da, “Bakı”nı necə cəzalandırmağı bilirik”
“Bakıda isti deyil. Hər şey yaxşı olmalıdır. Oyun yerli vaxtla saat 20:00-da başlayacaq və hava sərin olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Litvanın “Ekranas” klubunun hücumçusu Valdas Trakis deyib.

30 yaşlı ucaboylu hücumçu iyulun 14-də Panevejis şəhərində keçirilən ilk oyunun qəhrəmanı oldu. Belə ki, əvvəlcə penalti zərbəsi qazanan Trakis son saniyələrdə vurduğu qolla komandasını məğlubiyyətdən xilas etdi. 2006/07 mövsümündə Bakı “İnter”inin formasını geyinən Valdas yenidən Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı”ya rəqib olacaq: “Evdə 2:2 hesablı heç-heçə etmişik və səfərdə yalnız qələbəyə köklənmişik. Rəqib ilk görüşdə səviyyəsini göstərdi və yaxşı təsir bağışladı. Əvvəllər Azərbaycanda legionerlərə limit 5 idi və buna görə də komandaların səviyyəsi arasında böyük fərq vardı. İndi isə litim olmadığından klublar istənilən sayda legioner oynada və səviyyələrini artıra bilərlər. Bilirik ki, “Bakı”da 10 nəfər legioner oynayırdı. Onlar oyunun axarını öz əllərində saxlayırdı. Rəqibimizdə nikbin olmaq üçün kifayət qədər imkan var. “Bakı”nın komanda oyununu öyrənib, düzgün nəticə çıxartmışıq. Rəqibi necə cəzalandırmağı bilirik. Fikrimcə, “Bakı” ilə səfər oyununda qələbə əldə edə bilərik”.

Trakis ona yaxşı tanış olan azarkeşlərimizdən də danışıb: “Mənim bildiyim qədər stadionuna 20 minə yaxın azarkeş gələcək. Ancaq bakılılar bundan da çox azarkeş cəlb edəcəyinə ümid edir. Bundan əlavə, stadiona giriş pulsuz olacaq. İki il əvvəl Azərbaycanda oynamışam və orada necə publika olduğunu bilirəm”.
0