“Barselona” üçün dənizdə möhtəşəm stadion
21.07.2009 - 12:51
“Barselona” üçün dənizdə möhtəşəm stadion
Ötən mövsüm İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Barselona” üçün dənizdə möhtəşəm stadion inşa olunacaq. Apasport.az saytının məlumatına görə, 150 min nəfər tamaşaçı tutumuna malik olacaq stadionunun layihəsi 1 milyard avrodur.

Layihəni memar Emili Vidal hazırlayıb. Quru sahəsi ilə stadionu 20 metr hündürlüyündə körpü birləşdirəcək. Arenanın yanında avtomobil parkı, həmçinin vertolyotlar üçün meydançanın inşası planlaşdırılıb.

Yeni stadionunun tikintisinə nə zaman start veriləcəyi bilinmir. “Barselona”nın hazırkı stadionu “Nou Kamp”ın və onun yaxınlığındakı məşq, yeniyetmə komandalar üçün ərazi 700 milyon avro məbləğində dəyərləndirilir.
0