“Standard” klubunda daha iki futbolçu
21.07.2009 - 13:08
“Standard” klubunda daha iki futbolçu
Azərbaycan yığmasının sabiq futbolçusu Kamal Quliyev yenidən “Standard” klubunun şərəfini qoruya bilər. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Karvan”da kapitan sarğısını daşımış 33 yaşlı yarımmüdafiəçi “bank təmsilçisi”nə qayıdıb. Lakin onun komandada qalıb-qalmayacağı barədə yekun qərarı “Standard”ın yeni baş məşqçisi Valdas İvanauskas verəcək.

Eyni zamanda litvalı mütəxəssis digər futbolçu - Anatoli Tebloyevi də sınaqdan keçirir. “Neftçi”dəki çıxışı ilə tanınan Tebloyev 2008/09 mövsümündə “Qəbələ”nin uğurları üçün çalışıb.

Xatırladaq ki, İvanauskasın gəlişindən sonra “Standard” yalnız bir futbolçu ilə rəsmi müqavilə bağlayıb. Bu, son vaxtlar Kipr çempionatında oynamış portuqaliyalı yarımmüdafiəçi Uqo Maşadudur.

Mənbə: extratime.az
0