“Qarabağ” “Rusenborq” mifini dağıtdı!!!
23.07.2009 - 20:50
“Qarabağ” “Rusenborq” mifini dağıtdı!!!
Bu gün Ağdamın “Qarabağ” klubu Avroliqanın ikinci təsnifat mərhələsində cavab matçına çıxır. Qurban Qurbanovun komandası 20 qat Norveç çempionu “Rusenborq”la qüvvəsini sınayır. İlk görüş 0:0 hesabı ilə başa çatdığından, növbəti mərhələyə yüksəlmək üçün təmsilçimizə mütləq qələbə lazımdır.

Apasport.az saytı Ağdamın işğal günündə “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika stadionundakı məsul oyununun nəticəsini onlayn təqdim edəcək. Qarşılaşmada vurulacaq qollar, maraqlı hadisələr, oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərsiniz.



20:00 “Qarabağ” - “Rusenborq” - 1:0
QOL: Rəşad Sadıqov, 45
Baş hakim: Mihal Fabian (Macarıstan)
İlk oyun - 0:0

“Qarabağ”: 1.Fərhad Vəliyev, 2.Elnur Allahverdiyev, 5.Maksim Medvedev, 6.Rəşad Sadiqov, 8.Aslan Kərimov, 9.Elvin Məmmədov, 10.Emin İmaməliyev, 14.Rəşad Sadiqov, 17.Vüqar Nadirov, 20.Vaqif Cavadov, 24.Admir Teli
Ehtiyat oyunçular: 12.Sahil Kərimov, 3.Aftandil Hacıyev, 4.Zaur Həşimov, 7.Namiq Yusifov, 11.Rauf Əliyev, 15.Ayxan Abbasov, 22.Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov.

“Rusenborq”: 12 Jarstein Rune Almennine, 2.Lastik Mikhael, 3.Dorsin Mikhael, 4.Annan Antoni, 8.Konan İoyerya, 10.Tettey Aleksander, 13.Stadsgard Kris, 14.Steften İversen, 15.Skyelbred Per Ciljan, 18.Lago Alejandro, 30.Prica Rade
Ehtiyat oyunçular: 32.Barli Even, 7.Olsen Trond, 20.Traore Abdou, 22. Mokdvir Andreas, 24.Miller Roy, 29.Zahora Dario
Baş məşqçi: Erik Hamrin

Baş hakim Mihal Fabianın matçın start fitini verməsinə 10 dəqiqə qalıb. Stadiona 25 minə yaxın azarkeş toplaşıb. Onlar durmadan “Qarabağ” klubunu alqışlayırlar.

Komandalar artıq meydana çıxır. Ağdamın işğal günü olduğundan “Qarabağ” qara geyimdədir. Norveç təmsilçisi isə ağ formadadır.

1.Bu da hakimin start fiti. Oyuna qonaqlar başlayır.
4. “Qarabağ” sol cinahdan hücuma keçir. Elnur Abdullayevin qapı qarşısına ötürdüyü topu müdafiəçilər uzaqlaşdırır.
7. Qonaqların heyətində İversen qapımıza uzaqdan zərbəsini Vəliyev tutur.
11. Vüqar Nadirovun qapıçı ilə təkbətək qaldığı epizodda “Rusenborq”un qapıçısı sayıqlığını itirmir.
12. Emin İmaməliyev yıxılıb. Amma onun zədəsi ciddi deyil.
17. Qonaqlar Cavadova qarşı kobudluq edirlər. Elnur Allahverdiyevin cərimə zərbəsindən sonra 3 futbolçumuz ofsayda düşür.
18. Norveç təmsilçisi dərhal əks-hücum təşkil edir. Amma Fərhad hesabın açılamasına imkan vermir.
25. Qonaqlar meydanın mərkəzində Nadirova qarşı kobud oynayırlar.
27. “Rusenborq” təhlükəli hücumlar təşkil edir. Amma hər şey komandamız üçün yaxşı qurtarır.
33. “Qarabağ”ın sol cinahdan təşkil etdiyi hücum heç bir fayda vermir.
37. Oyunda ilk sarı vərəqə. “Rusenborq”un heyətində Antoni Annan cəzalandırılır.
42. Skandinaviyalıların növbəti hücumu. Amma Fərhad yerindədir.
45. “Rusenborq”un oyun ərzində yaratdığı ən real qol vəziyyəti. Ancaq qapıçımız topu uzaqlaşdırır. Əks hücum zamanı Vaqif Cavadova qarşı kobudluq edilir. Cərimə zərbəsindən sonra Rəşad Sadıqov qüvvətli zərbə ilə hesabı açır.

Birinci hissə başa çatdı.
İkinci hissə başlayır.

"Rusenborq"un heyətində dəyişiklik edilib: Konanın əvəzinə meydana Olsen çıxıb.
47. Rəqib açıq-aşkar Nadirova qarşı cərimə meydanında kobud oynayır. Hakimin fiti isə susur. Fabian əvəzində Elnur Allahverdiyevə sarı vərəqə göstərir.
48. Qonaqlar ikinci hissəyə fəal başlayıb. Hesabın bərabərləşməsinə Vəliyev mane olur.
50. İversen qapımıza doğru qüvvətli zərbə vurur. Top müdafiəçilərə dəyib geri qayıdır.
51. Künc zərbəsində sonra qapımız qarşısında çox təhlükəli vəziyyət yaranır. Amma hər şey bizim üçün müsbət sonluqla qurtarır.
53. “Rusenborq” daha bir təhlükəli vəziyyətdən yararlana bilmir. Olsen 4-5 metrdən qapıya dəqiq zərbə endirməyi bacarmır.
60. Oyun meydanın mərkəzində gedir. Rəqiblərin hücumları alınmır.
62. Norveç təmsilçinin növbəti künc zərbəsi də təhlükəli olur. Amma son zərbə qapının üstündən keçir.
68. Aslan Kərimovu Namiq Yusifov əvəz edir.
70. Qonaqlar ardıcıl üçüncü künc zərbəsini yerinə yetirir. Hesab isə dəyişmir ki, dəyişmir.
74. Qurban Qurbanov Zaur Həşimovu da meydana buraxır. O, Elvin Məmmədovu əvəzləyir.
75. “Rusenborq” yenə hesabı bərabərləşdirməyə yaxın olur. Tetenin baş zərbəsibi Vəliyev dəf edir.
76. “Qarabağ” rəqibini əks-hücumda yaxalayır. Rəşad Sadiqov cərimə meydançası daxilində topu qapıçının üstünə vurur.
75. Rəqib kobud oynamaqdan çəkinmir. Nadirova qarşı qayda pozuntusuna görə, Zahora sarı vərəqə ilə cəzalandırılır.
80. Qonaqlar hesabı açmağa yaxın olsalar da, yaranan əlverişli vəziyyəti boşa verirlər.
82. “Qarabağ” ikinci qolu vura bilərdi. Cavadovun qüvvətli zərbəsi qapı tirinə dəyir.
84. Emin İmaməliyevi Rauf Əliyev əvəzləyir.
86. Tetteyin cərimə meydançası daxilində qapımıza qarşı daha bir zərbəsi. Top qapının üstündən keçir.

Son iki dəqiqə....

Bu da son!!! “Qarabağ” layiqli qələbə qazanıb, növbəti mərhələyə yüksəlir. Afərin “Qarabağ”!!! Alqışlar “Qarabağ”!!!

Komandamız növbəti mərhələdə “Honka” (Finlandiya) - “Banqor Siti” (Uels) görüşünün qalibi ilə qarşılaşacaq. Bu rəqiblər arasında baş tutan ilk oyunda finlandiyalılar 2:0 hesablı qələbə qazanıb.
0