Tarix belə yazılır: “Bakı” ÇL-in 3-cü mərhələsində!
21.07.2009 - 20:53
Tarix belə yazılır: “Bakı” ÇL-in 3-cü mərhələsində!
Azərbaycan çempionu “Bakı” növbəti məsul sınaq qarşısındadır. Qyoko Hacıyevskinin yetirmələri Çempionlar Liqası ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Litva “Ekranas”ı ilə qarşılaşırlar. Üçüncü mərhələyə adlamaq üçün komandamıza 0:0 və ya 1:1 hesablı heç-heçə də sərf edir.


Apasport.az saytı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyunun nəticəsini onlayn təqdim edəcək. Oxucular bu matçda vurulacaq qolların müəllifləri, maraqlı hadisələr, oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərlər.



Çempionlar Liqası, ikinci təsnifat mərhələsi, cavab görüşü

20:00 “Bakı” (Azərbaycan) - “Ekranas” (Litva) - 4:2
QOLLAR: Felipe Feliks Almeyda, 60; 77; Mucuri, 66, Şoliç, 90 - Ademolu, 81; Gleveckas Dainius, 90+1
Hakimlər: Serj Qyumenni, Mark Simons, Qreqori Kretto, Jeri Van de Velde (hamısı Belçika)
Hakim-inspektor: Mişel Votro (Fransa)
UEFA nümayəndəsi: Miloş Markoviç (Serbiya)
İlk oyun - 2:2

“Bakı”: 23. Xalidu Sissoko, 32. Aleksey Savinov, 4. Vadim Borets, 5. Stevan Bates, 2.Rafael Barbosa, 55. Georgi Adamiya, 77. Aleksandr Soliç, 10. Amiran Muciri, 8. Ernad Skuliç, 9. Feliks Felipe Almeyda, 27. Bəxtiyar Soltanov

Ehtiyat oyunçular: 1. Marko Şarliya, 21. Aleksandr Tamaş, 3. Rafael Əmirbəyov, 12. Fernando Peres, 7. Mahmud Qurbanov, 20. Faboi Luis Ramim, 30. Vilyam Roşa Batista

“Ekranas”: 1. Ceznaiiauskas Vytautas, 11.Bidlauskas Andrius, 3. Gleveckas Dainius, 77. Tomkevicius Giedrus, 58. Matoviç Duvau, 17. Arlauskas Andrius, 22. Bicka Deimantas, 7. Azemolo Olabumbo, 9. Trakis Valdas, 15. Nerijus Sasnauskas, 19. Egidius Varnas

Ehtiyat oyunçular: 12. Kaumeckas Tadas, 6. Sarunas Dovikas, 16. Samuzauskas Paulive, 10. Banya Zilvimas, 37. Pogreban Sergheti, 32. Aranreloviç Darko, 88. Dominykas Galkevicius.

----

Komandalar artıq meydana çıxıb. Çempionlar Liqasının himni çalınır. Stadiona 20 minə yaxın azarkeş toplaşıb.
Oyuna komandamız başlayır.
2.Feliks topla rəqibin cərimə meydançasına daxil olur. Amma litvalılar topu künc zərbəsindən çıxarır.
4. “Bakı”nın qapıya ilk zərbəsi. Amma top qapıdan aralı keçir.
6. Feliks qüvvətli zərbəsi təhlükəli olur. Qapıçıdan qayıdan topu müdafiəçilər qapı xəttindən çıxarır.
7. “Ekranas”ın hücumu nəticə vermir.
10. Adamiya sol cinahdan cərimə meydançasına daxil olur. Rəqib futbolçu onu yıxsa da, hakim qaydanın pozulmadığını bildirir.
13. “Bakı” 5-ci günc zərbəsini yerinə yetirir. Boretsin uzaqdan zərbəsi qapı tirinə dəyir.

Tribunalarda azarkeşlərin sayı durmadan artır. Hazırda matçı 30 minədək azarkeş izləyir.

19. Komandamızdan daha bir hücum. Ancaq hələlik oyunda hesab açılmayıb.
20. Biçka uzaqdan qapımıza qüvvətli zərbə vurur. Amma Sissoko yerindədir.
22. Sultanovun zərbəsi qapı tirinə dəyir.
25. Qonaqlar qaydanı pozur. Hakim Arlauskasa sarı vərəqə göstərir.
30. “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski narahat görünür.
31. Felipenin növbəti zərbəsi qapının üstündən keçir.
36. Qonaqlar ara-sıra hücumlara keçir. Ancaq müdafiəçilərimiz diqqətli oynayırlar.41. “Ekranas” sağ cinahdan təhlükəli əks-hücum təşkil edir. Hesabın açılmasına isə Sissoko imkan vermir.
45. Adamiyanın ötürməsindən sonra Felipe qapıçı ilə təkbətək çıxır. Amma braziliyalı 100 faizli qol şansını boşa verir.
Birinci hissə başa çatdı.
İkinci hissə başladı.
47. Trakis qapımıza zərbə vursa da, Sissoko topu tutur.
49. Litva çempionunun qapıçısı qarşısında təhlükəli vəziyyət yaranır. Amma Felipe hesabı aça bilmir.
49. Bəxtiyar Sultanov kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır.
51. Biçkabın zərbəsi. Top qapıdan xeyli aralı keçir.
54. Adamiyanın heç də qüvvətli olmayan zərbəsini qapıçı tutur.
55. Felipeyə qarşı kobud oynayan Sosnauskasa hakim sarı vərəqə göstərir.
57. Adamiyanı Fernando Peres əvəz edir.
58. Komandamız daha bir 100 faizli qol şansını əldən verir. Peres qapıçı ilə təkbətək qalsa da, hesabı aça bilmir.
60. Bu da qol. İlk oyunda fərqlənən Felipe hesabı açır – 1:0.
65. Borets yenə uzaqdan qapını nişan alır. Ancaq qapıçı hesabın artmasına imkan vermir.
66. İkinci qol. Bu dəfə Mucuri fərqlənir.
70. Mucurinin əvəzinə meydana Mahmud Qurbanov çıxır.
73. Mahmud sağ cinahdan cərimə meydançasına hava ötürməsi edir.Felipenin başla vurduğu zərbəni qapıçı dəf edir.
74. Trakisin təhlükəli zərbəsini Sissoko zərərsizləşdirir.
77. Mahmud Qurbanovun ötürməsindən sonra Felipe hesabı artırır – 3:0
79. Feliksi Batista əvəzləyir.
81. Hesab arasındakı fərq azalır – 3:1. Qonaqlar buraxdıqları qollardan birinin əvəzini çıxır.
86. Şoliç 4-cü qolu litvalıların qapısından keçirə bilərdi. Amma top qapıdan acazız aralı keçir.
90. Qonaqların hücumu nəticə vermir.
Hakim oyuna 3 dəqiqə əlavə edir.
91. Şoliç dördüncü qolu “Ekranas”ın qapısından keçirir – 4:1
90+2. Gleveckas Dainius komandasının ikinci topunu vurur - 4:2
Bu da hakimin final fiti. “Bakı” tarixində ilk dəfə avrokuboklarda mərhələ keçir. Komandamızın rəqibi üçüncü mərhələdə “Levski” (Bolqarıstan) olacaq.
0