“Rusenborq” Bakıya 17 futbolçu ilə gəlir - TAM SİYAHI
21.07.2009 - 17:14
“Rusenborq” Bakıya 17 futbolçu ilə gəlir - TAM SİYAHI
Avroliqanın ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Rusenborq” yenə çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, norveçlilər bu dəfə də heyətlə bağlı problem yaşayırlar.

Baş məşqçi Erik Hamrin Bakıya gətirməyə futbolçu tapmır. Məcburiyyət qarşısında qalan isveçli mütəxəssis paytaxtımıza cəmi 17 oyunçu ilə təşrif buyuracaq: “Bir sıra güclü futbolçuları heyətə daxil edə bilmədik. Aleksandr Hansen qarşıdakı matça hazır deyil. Vadim Demidov və Helya Rune müxtəlif səbəblərdən səfərə aparılmayacaq. Slovakiya yığmasının üzvü Marek Sapara isə özünə yeni klub axtarır. Məqsədimiz ilk oyundakından daha yaxşı nəticə əldə etməkdir”.

Sabah günorta saatlarında çarter reysi ilə Bakıya gələcək “Rusenborq”un heyəti belədir: Rune Almenninq Yarsteyn, Even Barli, Maykl Lustiq, Kris Stadsqaard, Alexandro Laqo, Mayk Dorsin, Andreas Nordvik, Roy Miller, Per Silyan Skyelbred, Anthoni Annan, Aleksander Tetti, Trond Olsen, Abdou Razak Traore, Didyer Konan, Steffen İversen, Rade Priça, Dario Zahora.

İyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun Norveçin TV2 telekanalı vasitəsilə də yayımlanacağı gözlənilir.

Qeyd edək ki, ötən həftə baş tutan ilk qarşılaşma qolsuz bərabərliklə nəticələnib.
0