“Hərbçilər” İvanauskası sınağa çəkəcək
22.07.2009 - 12:34
“Hərbçilər” İvanauskası sınağa çəkəcək
Azərbaycan çempionatının I divizionunda mübarizə aparacaq Mərkəzi Ordu İdman Klubu (MOİK) yeni mövsümə hazırlığın ikinci mərhələsinə başlayıb. Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, hazırlıq mərhələsində texniki-taktiki və fiziki hazırlığa önəm veriləcək. Eyni zamanda iki yoxlama görüşünün keçirilməsi planlaşdırılıb.

Artıq yoldaşlıq matçlarındakı ilk rəqib bəllidir. Ramil Əliyevin başçılıq etdiyi komanda iyulun 24-də saat 11:00-da “Standard”la üz-üzə gələcək. Bir neçə gün öncə litvalı Valdas İvanauskasa tapşırılan “Standard”la görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq.

Qeyd edək ki, MOİK ikinci hazırlıq mərhələsini avqustun 10-da yekunlaşdıracaq.
0