Joazinyo “Bakı”ya qarşı oynaya bilməyəcək
22.07.2009 - 13:14
Joazinyo “Bakı”ya qarşı oynaya bilməyəcək
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi “Levski”nin heyətində problem yaranıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan təmsilçisi iyulun 29-da Bakıda keçiriləcək ilk oyunda braziliyalı Joazinyonun xidmətindən yararlana bilməyəcək. Belə ki, “Levski”nin aparıcı üzvü sayılan yarımmüdafiəçinin diz nahiyəsində problem var.

Joazinyo Barselona şəhərində müayinədən keçdikdən sonra həkimlər onun uzun müddət istirahətə ehtiyac olduğu barədə rəy veriblər. “Levski”nin baş məşqçisi Emil Velevi qayğılandıran digər məqam isə hücumçu Georgi İvanovla bağlıdır. Onun “Bakı” ilə oyunda iştirak edəcəyi sual altındadır.
0