“Çox danışmaq istəmirəm...”
22.07.2009 - 13:50
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Litvada “Gintra Universitetas” klubu ilə yoldaşlıq görüşü keçirib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, yığmamız 9:0 hesablı qələbə qazanıb. Anna Ələkbərovanın 4 qol vurduğu oyunda Qalina Komarova dubl edib. Digər qollara Svetlana Fomenka, Lyudmila Kuznetsova və Anastasiya Rəhmanova imza atıb.
“Gintra Universitetas”la yoldaşlıq görüşündən sonra milli komandamızın baş məşqçisi Şamil Heydərov AFFA-nın saytına fikirlərini bildirib. O, yetirmələrindən razı qaldığını gizlətməyib: “Təbii ki, nəticədən razıyam. Oyun məni qane etdi. Məqsədimizə çatdığımızı deyə bilərəm. Gələcəkdə daha güclü rəqiblərlə qarşılaşmaq istərdik”.
“Gintra Universitetas”ın çalışdırıcısı Rimantas Viktoroviçius isə komandasını tənqid edib: “Çox danışmaq istəmirəm. Sözün açığı, futbolçularımdan belə zəif oyun gözləmirdim”.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0