“Bakı” – “Levski” görüşünün vaxtı dəqiqləşdi
22.07.2009 - 15:05
“Bakı” – “Levski” görüşünün vaxtı dəqiqləşdi
Çempionlar Liqasındakı təmsilçimiz “Bakı”nın üçüncü təsnifat mərhələsində “Levski” (Bolqarıstan) ilə ilk oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən xəbərinə görə, iyulun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşün başlanma saatı 20:00-a təyin edilib.

“Bakı”nın ikinci təsnifat mərhələsində “Ekranas” (Litva) ev oyununu da həmin vaxtda başlamışdı. Sadəcə, fərq ondadır ki, komandamız bu dəfə çərşənbə axşamı yox, çərşənbə günü meydana çıxacaq. UEFA üçüncü təsnifat mərhələsində ilk oyunlar üçün iyulun 28-29-u tarixlərini göstərib.

“Bakı” bu tarixlərdən ikincisi seçib. Görünür, çempionumuz oyunların hər həftə olduğunu nəzərə alaraq, üstəlik, “Levski” kimi güclü rəqibə qarşı daha yaxşı hazırlaşmaq üçün bir gün da artıq vaxt qazanmağı lazım bilib. Artıq oyunun tarixi haqda məlumatlanan bolqarlar 30 minlik Respublika stadionunun iyulun 29-da tam dolacağını gözləyirlər. Onlar Bakının “Ekranas”ı 4:2 hesabı ilə yendiyi görüşdə mərkəzi arenamızdakı ajiotajdan xəbərdardırlar.

Qeyd edək ki, “Levski” ilə “Bakı” arasında cavab görüşü avqustun 4-ü, yaxud 5-də Sofiyada keçiriləcək.
0