“Parma” yeni hücumçu almaq istəyir
22.07.2009 - 15:20
“Parma” yeni hücumçu almaq istəyir
A seriyasında mübarizə aparan “Parma” klubu heyətini gücləndirmək istəyir. Apasport.az saytının məlumatına görə, komandanın prezidenti Tommazo Qirardi “Torino”nun hücumçusu Ronaldo Byankini transfer etmək niyyətindədir.

Qirardi bildirib ki, “Parma”nın hücumçuya ehtiyacı var: “Bizə hücumçu lazımdır. Ona görə ki, bütün məsuliyyəti cavan Paloskinin üzərinə yıxa bilmərik. Amma “Torino”nun onu satmağa razı olub-olmayacağı bizə məlum deyil”.
0