Giqqz Ronaldonun transferindən danışdı
22.07.2009 - 15:27
Giqqz Ronaldonun transferindən danışdı
“Mançester Yunayted”in yarımmüdafiəçisi Rayan Giqqz klubun gələcəkdə inkişaf edəcəyinə inanır. Apasport.az saytının məlumatına görə, o, istedadlı Kriştianu Ronaldo və Karlos Teves kimi oyunçuların komandadan ayrılması inkişafa mənfi təsir göstərməyəcəyini bildirib.

18 il “qırmızı şeytanlar”ın şərəfini qoruyan Giqqz bir sıra ulduz futbolçuların “Mançester Yunayted”dən gedişinin şahid olub. Onun fikrincə, belə oyunçuların klubdan getmələri ümumi işə bir o qədər də təsir etməyib: “Mənim burada oynadığım dövrdə Brayan Robson, Mark Hyuz, Erik Kantona, Ruud van Nistelroy, Roy Kin və Devid Bekhem komandanı tərk edib. Bütün dəyişiklərə baxmayaraq, baş məşqçimiz komandaya enerji verə bilir. Karlos və Kriştianu dahi oyunçulardır, amma biz inkişafa doğru gedirik”.
0