“Qalatasaray”ın “Tobol”la oyun üçün start heyəti açıqlandı
22.07.2009 - 16:32
“Qalatasaray”ın “Tobol”la oyun üçün start heyəti açıqlandı
Sabah Avroliqanın ikinci təsnifat mərhələsində cavab görüşünə çıxacaq “Qalatasaray”ın start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” doğma meydanda “Tobol”la (Qazaxıstan) oyunda itkisiz ötüşə bilməyəcək.

Baş məşqçi Frank Raykaard ilk matçda qızımızı vərəqə ilə cəzalandırılmış Alparslan, eləcə də zədəli Mehmet Topalın xidmətindən yararlana bilməyəcək. Volkan Yamanla Aydın da zədədən əziyyət çəkir.

Çox güman ki, ilk “11-lik”də Orkun, Səbri, Sərvət, Gökhan, Hakan, Barış, Mustafa, Ayhan, Arda, Yaser və Baroş yer alacaq. Oyun sabah Bakı vaxtı ilə saat 23:00-da İstanbulun “Əli Sami Yen” stadionunda başlanacaq.

Xatırladaq ki, ilk görüş 1:1 hesabı ilə nəticələnmişdi.
0