Ançelotti jurnalistlərlə məzələndi
22.07.2009 - 16:43
Londonun “Çelsi” klubunun baş məşqçisi Karlo Ançelotti jurnalistlərlə zarafatlaşıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı mütəxəssis “Milan”ın və İtaliya yığmasının yarımmüdafiəçisi Andrea Pirlo ilə müqavilə bağladıqlarını deyib. Əcnəbi həmkarlarımız mobil telefon və noutbuklarını götürüb, xəbəri operativ şəkildə ötürməyə hazırlaşdıqları zaman Ançelotti zarafat etdiyini bildirib.
Bu, “Çelsi”nin ABŞ-da İtaliyanın “İnter” klubunu 2:0 hesabı ilə məğlub etdiyi yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında baş verib. “İnter”in portuqaliyalı çalışdırıcısı Joze Mourinyo keçmiş komandasına Didye Droqba və Frank Lempardın penaltidən vurduğu qolla yenilib.
Qeyd edək ki, İngiltərə və İtaliya KİV-i bu yay “Çelsi”nin Pirlo ilə maraqlandığını yazsa da, transfer alınmayıb. Ançelotti uzun illər “Milan”da rəhbərliyi altında oyandığı Pirlonu yaxşı dost və əla futbolçu adlandırıb.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0