Azərbaycan çempionu “Spartak”a keçdi
22.07.2009 - 17:07
Azərbaycan çempionu “Spartak”a keçdi
Azərbaycan çempionu Svilen Semyonov “Spartak” klubuna keçib. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” komandasının sabiq bolqarıstanlı qapıçısı karyerasının vətənində davam etdirəcək. Varna təmsilçisinin baş məşqçisi Atanas Atanasov yeni çempionatda Semyonov kimi təcrübəli qapıçıya bel bağlaya biləcəklərini bildirib: “Svilen çox təcrübəli qapıçıdır. Onu baxışdan keçirməyə ehtiyac görmürük. Semyonovla müqavilə bağlayacağıq”. 35 yaşlı Svilen sabah səhər yeni klubunun məşqinə qatılacaq. Onun “Spartak”da əvəzləyicisi gənc həmkarı Nikolay Bankov olacaq.

Qeyd edək ki, “İnter”də iki il çıxış edən Semyonov ötən il Azərbaycan Premyer Liqasının qalibi oldu. Ötən mövsüm əsas heyətdə yerini braziliyalı həmkarı Junior Vilsona uduzan bolqar ölkəmizdə daha qalmamağa qərar verdi.
0