“Xəzər-Lənkəran” ikinci transferi gerçəkləşdirdi - FOTO
22.07.2009 - 17:48
“Xəzər-Lənkəran” ikinci transferi gerçəkləşdirdi - FOTO
“Xəzər-Lənkəran” klubu mövsümlərarası fasilədə ikinci transferi gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun komandası Moldova yığmasının üzvü Denis Kalinkovla heyəti gücləndirib.

“Zimbru” futbol məktəbinin yetirməsi olan 23 yaşlı hücumçu “Anderlext” (Belçika), “Herenven” və “Herakles”də (hər ikisi Hollandiya) oynayıb. Onun son iş yeri Moldovada “Akademiya” klubu olub.

Qeyd edək ki, “Xəzər-Lənkəran” bir neçə gün öncə slovakiyalı müdafiəçi İvan Pexa ilə münasibətləri rəsmiləşdirib.

Mənbə: extratime.az
0