Qurban Qurbanov: Bu, mənim üçün çox vacib və əhəmiyyətlidir
22.07.2009 - 23:04
Qurban Qurbanov: Bu, mənim üçün çox vacib və əhəmiyyətlidir
“Səfərdə olduğu kimi, bu günkü görüşün də ağır və çətin olacağını bilirik. Rəqib güclü olduğunu öz meydanında da göstərdi. Bu səbəbdən təkrar oyunda diqqətli olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova məxsusdur.
Bu gün avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Norveç çempionu “Rusenborq”a qarşı keçiriləcək oyundan öncə keçirilən mətbuat konfransında Qurbanov bildirib ki, komandada hər hansı problem yoxdur: “Yalnız Aftandil Hacıyev zədədən əziyyət çəksə də, artıq onun da hazır olduğunu demək olar. Bu gün Ağdamın işğal günüdür və hamı bizdən qələbə gözləyir. Bunu hamımız arzulayırıq. Çalışacağıq ki, xalqımızı sevindirək”.
Qurbanov sonda vurğulayıb ki, futbolçu kimi meydana çıxmağa da hazırdır: “İmkanım olsaydı, özüm də çıxardım meydana. Bu oyun mənim üçün çox vacib və əhəmiyyətlidir”.
Qeyd edək ki, Norveçdə keçirilən ilk oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.
0