Erik Hamrin: Biz buraya növbəti mərhələyə yüksəlmək üçün gəlmişik
22.07.2009 - 23:23
Erik Hamrin: Biz buraya növbəti mərhələyə yüksəlmək üçün gəlmişik
“Biz buraya qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək üçün gəlmişik”. Apasport.az saytının məlumatına görə, bunu Norveçin “Rusenborq” klubunun baş məşqçisi Erik Hamrin “Qarabağ”la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Ölkəmizə iddialı gəldiklərini bildirən Hamrinin fikrincə, Norveçdəki oyunda rəqibin müqavimətini qıra bilmədikləri üçün qələbə qazana bilməyiblər: “İndi isə səfərdə oynayacağıq. Bu səbəbdən işimiz çətin olacaq. Amma məqsədimiz növbəti mərhələyə çıxmaqdır və Bakıya bunun üçün gəlmişik. Məğlubiyyəti isə yaxınımıza buraxmırıq”.
0