Naci Şensoyun komandası “İnter”lə bacarmadı
23.07.2009 - 00:09
Naci Şensoyun komandası “İnter”lə bacarmadı
Bakının "İnter" klubu Bolqarıstanda ilk yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Naci Şensoyun çalışdırdığı "Pirin" (Blaqoyevqrad) ilə görüş komandamızın qələbəsi ilə nəticələnib – 2:0. “Bankirlər”in heyətində Petar Zlatinov və ikinci hissədə meydana çıxan Asif Məmmədov fərqlənib.
“İnter”in növbəti yoldaşlıq oyunu bu gün Sofiya şəhərində MOİK-ə qarşı olacaq.
0